AŞPA-nın son qətnaməsi Azərbaycana qarşı qərəzli kampaniya aparıldığını təsdiq edir - Vüqar Bayramov (ÖZƏL)

AŞPA-nın son qətnaməsi Azərbaycana qarşı qərəzli kampaniya aparıldığını təsdiq edir - Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi Azərbaycana qarşı qərəzli və saxta kampaniya aparıldığını təsdiq edir.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

"AŞPA Ermənistanın soyqırımına məruz qalan azərbaycanlıların taleyi ilə bağlı bir dəfə belə açıqlama verməyib, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında qalmasına isə sadəcə göz yumub. Əslində, belə görünür ki, Azərbaycan torpaqlarının işğal altında qalması AŞPA üçün daha məqsədəuyğun idi", - deyə o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Fransanın təsir dairəsində olan beynəlxalq qurumlar Azərbaycana qarşı saxta və qərəzli kampaniya aparırlar.
"Bütün bunlara baxmayaraq, Azərbaycan regionda yeni düzəni formalaşdıran ölkədir. Bu təhdidlər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə, eyni zamanda haqq işinə kölgə sala bilməz", - deyə o vurğulayıb.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.

X: Lamanasadli01