Cəbrayılın Şərqi Zəngəzur və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesinə başlanılacaq – Vüqar Bayramov (ÖZƏL)

Cəbrayılın Şərqi Zəngəzur və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesinə başlanılacaq – Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

Cəbrayılın həm Şərqi Zəngəzur, həm də Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesinə yaxın zamanda başlanılacaq.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

“İşğaldan azad edilən Cəbrayıl qısa zamanda bərpa olunur və yenidən qurulur. Birinci mərhələdə Cəbrayılın infrastrukturunun formalaşdırılması, ikinci mərhələdə isə iqtisadiyyatın qurulması istiqamətində işlər aktiv şəkildə həyata keçirilir. Nəqliyyat və logistika sahəsində də çox qısa zamanda ciddi uğurlar əldə edilib. Eyni zamanda, Cəbrayıl şəhərinin bərpa edilməsi və planlaşdırılma ilə bağlı işlər intensiv həyata keçirilir”, - deyə o əlavə edib.

Millət vəklinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Cəbrayıl şəhəri daha qısa zamanda bərpa olunacaq və Azərbaycan iqtisadiyyatına töhfə verəcək.

“Bu gün Cəbrayılın yenidən qurulması istiqamətində aparılan işlər bir daha təsdiq edir ki, uzun müddət məcburi köçkün həyatı sürən vətəndaşlarımız daha qısa müddətdə öz ata-baba yurdlarına qayıda biləcək”, - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, 2020-ci il 4 oktyabr tarixində Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01