Bayden sızdırılan ABŞ sənədləri ilə bağlı narahat olduğunu açıqlayıb

Bayden sızdırılan ABŞ sənədləri ilə bağlı narahat olduğunu açıqlayıb

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsi və ABŞ müttəfiqləri ilə bağlı gizli hökumət sənədlərinin sızdırılmasından narahat olduğunu bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə prezident bu gün verdiyi açıqlamada bildirib.

“Mən bildirməliyəm ki, sızdırılan gizli hərbi sənədlərlə bağlı narahatam, ancaq bununla bağlı hər hansı bir risk görmürəm”. – deyə o bildirib.

Prezident, ABŞ hökumətinin sosial media platformalarında paylaşılan dövlət sirlərini ifşa etməkdə məsul olan şəxsi müəyyənləşdirməyə yaxın olduqlarını açıqlayıb.