Bakı, TurkicWorld
İran prezidenti Məsud Pezeşkian üçün hər hansı problem yaranmayıb.
TurkicWorld-in məlumatına görə, bu barədə İran Prezident Aparatından yerli mediaya açıqlama verilib.
Bildirilib ki, İran prezidentinin sağlamlığı tam yerindədir.
Qeyd edək ki, xarici KİV-lərdə İran prezidentinin hərbi hava hücumlarında vurulması ilə əlaqədar məlumat yayılıb.
Qeyd edək ki, ötən saatlarda paytaxt Tehranda çoxlu sayda partlayışlar baş verib. İran mediası partlayışların raket hücumu nəticəsində baş verdiyini bildirir.





