Son dəqiqə

Polşa Avropa İttifaqı

Polşada nikah sənədlərində “ər” və “arvad” anlayışları dəyişdiriləcək

BAKI, TurkicWorld

Polşada nikah şəhadətnamələrindəki “ər” və “arvad” ifadələrinin “həyat yoldaşı 1” və “həyat yoldaşı 2” ilə əvəz olunması planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Polşa Respublikasının Rəqəmsallaşdırma Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Açıqlamaya görə, hazırda bununla bağlı müvafiq qayda hazırlanır. Nazirlik bildirib ki, bu addım Varşavanı Avropa İttifaqının digər ölkələrində bağlanan eynicinsli nikahları tanımağa məcbur edən Aİ Ədalət Məhkəməsinin qərarının icrasını təmin etmək üçün zəruridir.

Mövzuya görə xəbərlər