Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza Benyamin Netanyahu İsrail və Qəzza münaqişəsi Qəzza münaqişəsi 2025 Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi 2025 Qəzzada müharibə cinayətləri əsirlərin azad edilməsi səyləri Qəzza məsələsi Qəzza şəhərinə nəzarət

Netanyahu israilli əsirlərlə bağlı iclas keçirəcək

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə qarşı quru əməliyyatı başlamazdan əvvəl bölgədə saxlanılan israilli əsirlərlə bağlı iclas keçirəcək.

TurkicWorld-un məlumatına görə, iclasda quru hücumu zamanı əsirlərə zərər dəyməməsi üçün görüləcək tədbirlər, eləcə də digər məsələlər müzakirə olunacaq.

Toplantıda müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, strateji məsələlər naziri Ron Dermer, millət vəkili Aryeh Deri, Baş Qərargah rəisi Eyal Zamir və milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi iştirak edəcək.

Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də bölgənin şimalındakı Qəzza şəhərinin işğalı planını təsdiqləmişdi. Plana əsasən, ilk mərhələdə təxminən 1 milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınacaq və intensiv hücumlardan sonra işğal ediləcək. İkinci mərhələdə isə böyük dağıntılara çevrilmiş şəhər mərkəzindəki qaçqın düşərgələrinin nəzarət altına alınması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər