Son dəqiqə

UNİCEF Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi 2025 Qəzza müharibəsi əlaqələri Qəzzada müharibə cinayətləri

Qəzzada hər beş uşaqdan biri aclıq çəkir – UNICEF

BAKI, TurkicWorld, Nailə Babazadə

BMT-nin Uşaq Fondu (UNICEF) bildirib ki, Qəzzada uşaqlar arasında ağır qidalanma çatışmazlığı səviyyəsi 2025-ci ilin avqustunda 19 faizədək yüksəlib. Bu, hər beş uşağın birinin kəskin aclıqdan əziyyət çəkdiyi deməkdir. Ümumilikdə təxminən 13 min uşaq kritik vəziyyətdədir.

TurkicWorld xəbər verir ki, UNICEF xəbərdarlıq edib ki, davam edən İsrail əməliyyatları fonunda sığınacaqların və həyati vacib xidmətlərin olmaması 450 min uşağın həyatını birbaşa təhlükə altına qoyur. Qurum bunu yaxınlaşan humanitar fəlakət kimi qiymətləndirib.

BMT təşkilatları beynəlxalq ictimaiyyəti Qəzzadakı mülki şəxslərin müdafiəsini təmin etməyə və bölgəyə maneəsiz, davamlı və təhlükəsiz humanitar yardım dəhlizi açmağa çağırıb.

Mövzuya görə xəbərlər