Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza İsrail ordusu HƏMAS İsrail XİN Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Gideon Saar Qəzza müharibəsi və tanınma Qəzzaya yardımın qarşısının alınması Qəzza şəhərinə nəzarət

Qəzzadakı müharibə HƏMAS-ın silahı yerə qoyacağı təqdirdə başa çata bilər - İsrail XİN

BAKI, TurkicWorld, Səməd Əyyubov

Qəzzadakı müharibə, HƏMAS-ın girovları azad edəcəyi və silahını yerə qoyacağı təqdirdə başa çata bilər.

TurkicWorld xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

“Fələstinlilərlə sülh yalnız ikitərəfli razılaşma yolu ilə əldə oluna bilər. Digər ölkələrin Fələstin dövlətini tanıması sülhə gətirib çıxarmayacaq” - deyə, o əlavə edib.

Onun sözlərinə görə, Fələstin dövlətinin yaradılması İsrailin təhlükəsizliyini risk altına qoya bilər.

Qeyd edək ki, İsrail ordusunun Qəzzaya son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 87 fələstinli həlak olub, 409 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər