Son dəqiqə

İsrail Yəmən İsrail ordusu Husilər Hava zərbələri Husilərin hücum cəhdi Yəmən husiləri İsrail hücumu hava hücumu hava zərbəsi

İsrail ordusu Husilərin lideri efirdə çıxış edərkən Sənaya hava zərbəsi endirib

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib.

TurkicWorld-un məlumatına görə, hücum “Ənsar Allah” (husilər) təşkilatının lideri Əbdül Məlik əl-Husinin həftəlik müraciətinin efirdə yayımlandığı vaxt baş verib.

“Əl-Yəmən” kanalının məlumatına görə, şəhərdə bir neçə güclü partlayış qeydə alınıb.

Xatırladaq ki, avqustun 24-də İsrail ordusu Sənadakı bir sıra obyektləri hədəf almışdı. O vaxt hədəflər arasında prezident sarayı, iki elektrik stansiyası və yanacaq anbarı da olub.

Mövzuya görə xəbərlər