Son dəqiqə

İsrail Böyük Britaniya Qəzza zolağı Qəzza Devid Lammi Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya

İsrailin Qəzzadakı xəstəxanaya hücumu atəşkəsin vacibliyini bir daha göstərir - Britaniya XİN

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrailin Qəzza zolağında yerləşən xəstəxanaya endirdiyi zərbə atəşkəsin vacibliyini bir daha göstərir.

TurkicWorld xəbər verir ki, bu sözlər Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.

“İsrailin Nasser xəstəxanasına hücumu dəhşətlidir. Mülki şəxslər, səhiyyə işçiləri və jurnalistlər qorunmalıdır. Bizə dərhal atəşkəs lazımdır” – deyə, nazir vurğulayıb.

Qeyd edək ki, “Əl Cəzirə” telekanalının məlumatına görə, İsrail ordusunun Xan Yunisdə yerləşən Naser xəstəxanasına hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb. Onların arasında beş jurnalist və dörd tibb işçisi var.

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir hadisə ilə bağlı ilkin istintaqın aparılmasına dair göstəriş verib.

Mövzuya görə xəbərlər