Son dəqiqə

Qəzza zolağı Qəzza Hava zərbələri İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu İsrailin Qəzza siyasəti Qəzza müharibəsi reaksiya hava hücumu Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025 Qəzza müharibəsi əlaqələri Qəzzada müharibə cinayətləri Qəzzaya yardımın qarşısının alınması Qəzza məsələsi Qəzza sakinlərinin məskunlaşdırılması Qəzza şəhərinə nəzarət

İsrail ordusu Qəzzada yerləşən xəstəxananı vurub - Ölənlər var

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzza şəhərinin qərbində yerləşən Əl-Əhli Baptist Xəstəxanasının həyətindəki fələstinliləri hədəf alıb.

TurkicWorld-un məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Şahidlər, hücumun birbaşa xəstəxana həyətindəki mülki şəxsləri hədəf aldığını bildiriblər. Məlumata görə, bu ərazi İsrailin intensiv hücumlarından qaçan mülki şəxslərin sığındığı mühüm məkanlardan biri idi.

Digər tərəfdən, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində humanitar yardım gözləyən fələstinlilərə atəş açması nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Refahın qərbində, yerindən didərgin edilən fələstinlilərin çadırlarına da hücum edilib. Bu hücumda ən azı 4 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.

Səhiyyə mənbələrinin məlumatına görə, bu gün səhər saatlarından bəri Qəzzanın müxtəlif bölgələrinə edilən hava və artilleriya hücumlarında əlavə olaraq 6 fələstinli də həyatını itirib.

Fələstinli rəsmilər İsrailin xəstəxanalara və mülki şəxslərin sığındığı ərazilərə hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndiriblər.

Hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Mövzuya görə xəbərlər