BAKI,TurkicWorld
ABŞ Dövlət Departamenti Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün 2,68 milyard dollar dəyərində Amerika silahlarının mümkün satışını təsdiqləyib.
Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.
"ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə Hərbi Satışlar Proqramı (FMS) çərçivəsində hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi, eləcə də müvafiq avadanlıq və xidmətlərin mümkün satışı ilə bağlı qərarı təsdiqləyib. Satışın ümumi təxmini dəyəri 2,68 milyard dollar təşkil edir", – deyə məlumatda bildirilib.
Saziş bağlanacağı təqdirdə Ukrayna alışın maliyyələşdirilməsini Avropanın ayırdığı vəsaitlər və ABŞ-nin əvvəlki administrasiyanın dövründə işə sadlığı "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramının vəsaiti hesabına həyata keçirəcək.
Qeyd edək ki, Ukrayna əsas müdafiə avadanlığı kateqoriyasına aid olmayan aşağıdakı silahların alınması üçün sorğu göndərib:
- "S-300" klon raketləri;
- "GAM-67" raketləri;
- artırılmış mənzilə və lazer tuşlama sisteminə malik hava hücumundan müdafiə raket sistemləri;
- 1.5 Improvised Transporter Erector Launcher (müvəqqəti nəqliyyat-qaldırıcı buraxılış qurğuları);
- mobil buraxılış sistemlərinin modifikasiyası üçün dəstlər;
- pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün RPS-202 radar stansiyaları və s.







