Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Misirdən Qəzzaya yardım Qəzzadan fələstinlilərin çıxarılması Qəzzada müharibənin sonu İsrailin Qəzza siyasəti Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası Misir Qəzza münasibətləri İsrailin Qəzza blokadası Qəzza müharibəsi 2025 Qəzza müharibəsi əlaqələri Qəzzada müharibə cinayətləri Qəzzaya yardımın qarşısının alınması Qəzza məsələsi Qəzza sakinlərinin məskunlaşdırılması Qəzza şəhərinə nəzarət

31 ölkə və bir sıra təşkilatlar Netanyahunun "Böyük İsrail" ideyasını pisləyiblər

BAKI, TurkicWorld, Səməd Əyyubov

Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər.

TurkicWorld-un məlumatna görə, bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.

Onlar bu açıqlamaları beynəlxalq hüquqa zidd, dövlətlərin suverenliyinə və regional sabitliyə ciddi təhdid kimi qiymətləndiriblər.

Nazirlər bildiriblər ki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə, xüsusilə də zorakılıq və güc tətbiqinin qadağan olunduğunu təsdiqləyən müddəalara hörmətlərini bir daha ifadə edirlər. Bununla yanaşı, sülhün qorunması üçün bütün zəruri addımları atacaqlarını bəyan ediblər.

İclas iştirakçıları İsrailli nazir Betsalel Smotriçin İordan çayının qərb sahilindəki “E1” yaşayış məskəni layihəsini təsdiqləməsini və Fələstin dövlətinin yaradılmasını rədd edən bəyanatlarını da sərt şəkildə tənqid ediblər. Onların sözlərinə görə, bu addımlar Fələstin xalqının öz müstəqil dövlətini qurmaq haqqına açıq hücumdur və İsrailin işğal olunmuş torpaqlarda heç bir suverenliyi yoxdur.

Nazirlər BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə istinad edərək, İsrailin məskunlaşma siyasətini qanunsuz adlandırıblar. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin işğalın qanunsuzluğu ilə bağlı rəyini xatırladaraq, onun dərhal dayandırılmasının və nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

İclasda qeyd olunub ki, ifratçı İsrail hökumətinin ekspansionist siyasəti, Əl-Əqsa Məscidinə və digər müqəddəs məkanlara təşkil edilən hücumlar, fələstinlilərə qarşı zorakılıq halları bölgədə gərginliyi daha da genişləndirir. Bu, ədalətli sülh imkanlarını sarsıdır və həm regional, həm də beynəlxalq sabitliyə ciddi təhlükə yaradır.

Nazirlər İsrailin hücumlarını pisləyərək, Qəzzada atəşkəsin təmin edilməsinin vacibliyinə xüsusi vurğu ediblər. Onlar Qəzzaya tətbiq edilən blokadanın dərhal ləğv olunmasını, keçid məntəqələrinin açılmasını və İsrailin humanitar fəlakətə görə tam məsuliyyət daşıdığını vurğulayıblar.

Bəyanatda fələstin xalqının köçürülməsinin yolverilməz olduğu qeyd edilib. Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətə İsrailin təcavüzünü dayandırmağa dair çağırış edilib. Nazirlər həmçinin Qəzza zolağının Fələstinin ayrılmaz hissəsi olduğunu təsdiqləyərək, vahid hakimiyyət və vahid hüquqi sistem çərçivəsində Fələstin Azadlıq Təşkilatının idarəçilik məsuliyyəti daşımalı olduğunu bildiriblər.

Onlar beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini, İsrailin təcavüzünü və təxribatçı addımlarını dayandırmaq üçün hərəkətə keçməyə çağırıblar. Eyni zamanda, fələstin xalqının dövlət qurmaq hüququna dəstək verilməsinin və törədilən cinayətlərin məsul şəxslərinin beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda isə 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.

Hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Mövzuya görə xəbərlər