Son dəqiqə

zəlzələ Yeni Zelandiya

Yeni Zelandiyada zəlzələ olub

BAKI, TurkicWorld

Bu gün Yeni Zelandiyanın cənub adasının qərb sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, Riverton şəhərindən təxminən 208 kilometr məsafədə yerləşib.

Qeyd edək ki, cənub adasında yerləşən Danidin şəhəri də episentrdən 404 kilometr uzaqlıqdadır. Hazırda dağıntılar və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Mövzuya görə xəbərlər