Son dəqiqə

ABŞ Suriya Marko Rubio

Suriyanın hazırkı höküməti yaxın zamanda çökə bilər - Rubio

BAKI, TurkicWorld

Suriyanın hazırkı hökuməti bir neçə həftə ərzində çökə bilər və bu, ölkənin parçalanmasına gətirib çıxara bilər.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Əgər biz onlarla (Suriyanın müvəqqəti hakimiyyəti ilə - red.) əməkdaşlıq etsək, bu, uğurlu ola bilər və ya olmaya bilər. Lakin əgər biz heç bir əməkdaşlıq etməsəydik, bu, mütləq şəkildə uğursuzluqla nəticələnəcəkdi. Bizim qiymətləndirməmizə görə, qarşısında duran çağırışları nəzərə alsaq, keçid hökuməti bir neçə həftə, bəlkə də bir neçə ay ərzində tamamilə çökmək və genişmiqyaslı vətəndaş müharibəsinin başlanması riski ilə üz-üzədir. Bu isə ölkənin parçalanmasına gətirib çıxara bilər" - deyə, Rubio qeyd edib.

Mövzuya görə xəbərlər