Son dəqiqə

İran ABŞ Yaxın Şərq CENTCOM Hörmüz boğazı Fars Körfəzi Neft Bazarı ticarət gəmiləri

ABŞ ordusu Hörmüz boğazında 17 ticarət gəmisinin marşrutunu dəyişdiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən 17 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini, daha iki gəminin hərəkətinin dayandırıldığını və digər iki gəmidə yoxlamaların aparıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, CENTCOM bu tədbirlərin ABŞ-nin İrana qarşı tətbiq etdiyi blokada çərçivəsində həyata keçirildiyini bildirib. Məlumata görə, iki gəmi blokada tələblərinə əməl olunmasını təmin etmək məqsədilə dayandırılıb, daha iki gəmidə isə yoxlama aparılıb.

Hörmüz boğazı Fars körfəzini Hind okeanı ilə birləşdirən və qlobal enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biri hesab olunur.

Sülh dövründə dünya üzrə neft və təbii qaz ixracının təxminən 20 faizi məhz bu boğaz vasitəsilə daşınır ki, bu da onun beynəlxalq enerji bazarındakı rolunu daha da artırır.

İran tərəfi CENTCOM-un bu açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər