BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın görüş keçirilməsi üçün müraciət etdiyini və tərəflər arasında hazırda birbaşa danışıqların aparıldığını bildirib. O, danışıqların müsbət keçdiyini və nikbin olduğunu ifadə edib.
TurkicWorld xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında İranın həm vasitəçilər, həm də birbaşa kanallar vasitəsilə görüş istədiyini deyib. Onun sözlərinə görə, ABŞ və İran hazırda danışıqlar aparır və bu təmaslar müsbət məcrada davam edir.
Tramp bildirib ki, aparılan danışıqlar nəticəsində "yaxşı hadisələrin baş verməsi mümkündür". ABŞ Prezidenti diplomatik təmasların perspektivinə nikbin yanaşdığını vurğulayıb.
O, həmçinin İranın görüş tələbinin ABŞ-nin hərbi təzyiqi ilə əlaqəli olduğunu iddia edib. Trampın sözlərinə görə, "əgər ABŞ zəif vəziyyətdə olsaydı, İran görüş istəməzdi" və Tehranın danışıqlara maraq göstərməsinin səbəbi Vaşinqtonun ona qarşı sərt tədbirlər görməsi olub.
İran tərəfi Trampın bu açıqlamaları, o cümlədən görüşün Tehran tərəfindən istənilməsi ilə bağlı iddialara hələlik rəsmi münasibət bildirməyib.







