Son dəqiqə

Cənubi Koreya meşə yanğınları helikopter qəzası

Cənubi Koreyada meşə yanğınını söndürmək üçün göndərilən helikopter qəzaya uğrayıb

Bakı, TurkicWorld

Cənubi Koreyanın Tequ şəhəri yaxınlığında meşə yanğınını söndürmək üçün göndərilən helikopter qəzaya uğrayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, qəza yanğının baş verdiyi ərazidən təxminən 100 metr məsafədə baş verib.

Hadisə nəticəsində pilot həyatını itirib. Məlumata əsasən, yanğın sonradan tamamilə söndürülüb.

Qeyd edək ki, bu ayın əvvəllərində də bənzər bir hadisə baş vermişdi. Uison bölgəsində meşə yanğınını söndürən bir helikopter qəzaya uğramış və pilot həlak olmuşdu.

Məlumat üçün bildirək ki, Cənubi Koreyanın cənub-şərq bölgələrində baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində indiyə qədər 31 nəfər həyatını itirib.

Mövzuya görə xəbərlər