BAKI, TurkicWorld
Yəməndəki husilər son 24 saat ərzində ABŞ-ın "USS Harry Truman" təyyarədaşıyan gəmisinə üç dəfə hücum ediblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin sözçüsü Yahya Səriə məlumat verib.
"Son 24 saat ərzində silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ təyyarədaşıyanı Harry Truman-ın rəhbərlik etdiyi hərbi donanma ilə üç dəfə qarşıdurmaya girib. Bu əməliyyatlarda raket qüvvələri, pilotsuz uçuş aparatları, dəniz qüvvələri, o cümlədən bir neçə qanadlı raket və dronlar istifadə olunub", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ döyüş təyyarələri Yəmənin paytaxtı Səna ilə yanaşı, Səda, Hudeydə, Cavf və Əmran əyalətlərinə onlarla hava zərbəsi endirmişdi.