Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Xalid bin Salman Əl Səud Cənub Keçid Şurası (CKŞ)

Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman Əl Səud Cənub Keçid Şurasından (CKŞ) olan separatçıları Yəmənin şərqindəki Hadramaut və El-Məhra əyalətlərindəki mövqelərini tərk etməyə çağırıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu son dərəcə vacib mərhələdə Cənub Keçid Şurasının sağlam düşüncəyə və müdrik fikri dinləyib, ictimai maraqlara və birliyə üstünlük verməyinin vaxtı çatıb”,- nazirin "X" səhifəsində deyilir.

Səudiyyəli nazir CKŞ-nin Səudiyyə Ərəbistanı və BƏƏ-nin münaqişənin nizamlanmasına hədəflənmiş vasitəçilik səylərinə müsbət cavab verməyə və qoşunları iki əyalətdəki düşərgələrdən çıxarmağa çağırıb.

Nazirin fikrincə, CKŞ döyüşçüləri həmin əraziləri “Vətən Qalxanı” qüvvələrinə və ya yerli hakimiyyətə dinc şəkildə təhvil verməlidirlər.

Qeyd edək ki, bir müddət əvvəl Cənub Keçid Şurası (CKŞ) qüvvələri Yəmənin şərqindəki Hadramut və əl-Məhra əyalətlərində əsas şəhərlərə, neft yataqlarına və strateji mövqelərinə nəzarəti ələ keçirib. Hərəkat bunu təsir dairəsini genişləndirmək və cənub muxtariyyəti və ya müstəqilliyi təşviq etmək məqsədilə həyata keçirdiyini iddia edir.

Mövzuya görə xəbərlər