Son dəqiqə

Səudiyyə Ərəbistanı taxıl dəhlizi buğda idxalı

Səudiyyə Ərəbistanının NEOM limanında ilk dəfə 66 min tonluq buğda yükü boşaldılıb

BAKI,TurkicWorld Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının Milli Taxıl Təchizatı Şirkəti (SABIL) NEOM rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin şimal-qərbində yerləşən NEOM limanında ilk dəfə 66 min ton buğda daşıyan gəminin yükünü boşaldıb.

Şirkətdən bildirilib ki, bu addım logistika marşrutlarının şaxələndirilməsi, təchizat zəncirinin səmərəliliyinin artırılması və əməliyyat çevikliyinin gücləndirilməsi strategiyasının tərkib hissəsidir. Layihənin əsas məqsədlərindən biri hədəf bazarlara və regionlara çıxış imkanlarını genişləndirməkdir.

SABIL qeyd edib ki, təşəbbüs aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsi və ölkənin strateji limanlarından daha səmərəli istifadə olunması siyasətinə uyğun həyata keçirilir. Bu yanaşma regionda davam edən geosiyasi proseslər fonunda taxıl tədarükünün dayanıqlığını təmin etməyə və daxili bazarda ərzaq təhlükəsizliyini gücləndirməyə xidmət edir.

Şirkətin məlumatına görə, NEOM limanından istifadə buğda yüklərinin ölkənin şimal bölgələrində yerləşən Tabuk, Əl-Cövf, Hail və Əl-Qasim filiallarına daha qısa müddətdə çatdırılmasına imkan verəcək. Bunun nəticəsində məhsulların bölgələr üzrə paylanmasının səmərəliliyi artacaq və müştərilərə göstərilən xidmətin keyfiyyəti yüksələcək.

SABIL vurğulayıb ki, bu təşəbbüs taxıl təchizatı sisteminin inkişafı istiqamətində həyata keçirilən uzunmüddətli strategiyanın davamıdır. Şirkət effektiv tərəfdaşlıqlar və müasir logistika həlləri vasitəsilə təchizat zəncirinin etibarlılığını artırmağı və ölkənin ərzaq təhlükəsizliyi hədəflərinə töhfə verməyi qarşısına məqsəd qoyub.

Qırmızı dəniz sahilində yerləşən NEOM limanı Səudiyyə Ərəbistanının logistika infrastrukturunun inkişafında mühüm rol oynayır. Limanın üç qitəni limanlar, avtomobil yolları, dəniz və quru ticarət marşrutları vasitəsilə birləşdirən inteqrasiya olunmuş logistika mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, liman yükdaşıma xidmətləri, daxili yük logistikasının təşkili, sahilyanı dəniz daşımaları və multimodal nəqliyyat həlləri vasitəsilə Səudiyyə Ərəbistanı, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Yaxın Şərq regionunda logistika əlaqələrinin gücləndirilməsinə də töhfə verir.

Mövzuya görə xəbərlər