Bakı, TurkicWorld
ABŞ, Venesueladan neft və ya qaz alan ölkələrə 25%-lik rüsum tətbiq edəcək.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu bharədə ABŞ prezidenti Donald Trampın, Truth Social platformasında verdiyi açıqlamada deyilir.
"Venesueladan neft və ya qaz alan hər bir ölkə, ABŞ ilə etdiyi hər hansı bir ticarətdə 25% rüsum ödəyəcək",- deyə Tramp açıqlamasında bildirib.
Tramp, bu tarifin 2 aprel tarixində qüvvəyə minəcəyini bildirib.
Tramp həmçinin, Venesuelanın hiyləgər şəkildə on minlərlə cinayətkarı gizli şəkildə ABŞ-a göndərdiyini iddia edib.
Tramp, Venesuelanın ABŞ-a göndərdiyi qruplaşmalar arasında yer alan və xarici terror təşkilatı kimi tanınan "Tren de Aragua"nın Venezuela'ya geri göndərilmə prosesində olduğunu qeyd edib.