İsrail Avropa İttifaqı Suriya Livan Hizbullah

Avropa İttifaqı İsrailə xəbərdarlıq edib

Bakı, TurkicWorld

İsrailin Suriyaya və Livana endirdiyi zərbələr bölgədə daha çox gərginlik yaradacaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas, İsrailin xarici işlər naziri Gideon Saar ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Kallas bildirib ki, hal-hazırda Suriya İsraili hədəf almır və İsrailin bu hücumları region ölkələrində İsrailə qarşı ekstremizmin artmasına səbəb olur.

Qeyd edək ki, Kallas, bugün Fələstin baş naziri Məhəmməd Mustafa ilə görüşəcək.

Xatırladaq ki, Livan Səhiyyə Nazirliyi, keçən həftə sonu İsrailin hücumları nəticəsində yeddi nəfərin öldüyünü bildirmişdi, İsrail isə bu hücumu özünə tərəf atılan raketlərə cavab olaraq həyata keçirdiyini bildirimişdi.

Livanla İsrail arasında atəşkəsin noyabrın 27-də qüvvəyə minməsinə baxmayaraq, İsrail hələ də Hizbullahın hərbi infrastrukturunu hədəf alaraq Livana hücumlar təşkil edir.
Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Suriyada isə, müxalifət qüvvələri, keçmiş prezident Bəşşar Əsədin hakimiyyətini devirəndən sonra, İsrail yüzlərlə hava zərbəsi endirib. İsrail, silahların yeni hökumətə çatmasının qarşısını almaq istədiyini bildirib.

İsrail ordusu, BMT-nin nəzarətində olan və İsrailin 1967-ci ildən bəri işğal etdiyi Colan təpələrində qüvvələrini yerləşdirib.

İsrailin baş naziri Benyamin Netanyahu, Suriyanın cənubundakı qüvvələrin tərksilah olmasını tələb edib və bildirib ki, İsrail yeni Suriya hökumətinin Dəməşqdəki mövcudluğuna dözə bilməz.

Suriya Xarici İşlər Nazirliyi isə İsraili ölkənin sabitliyini pozmaqda ittiham edib.

Mövzuya görə xəbərlər