BAKI,TurkicWorld
Rusiya rəsmiləri, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trump ilə keçirdiyi tarixi müzakirəni tənqid edərək, onu ələ salıblar.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Trump-ın Zelenski ilə görüşdə səbir nümayiş etdirdiyini bildirib.
"Zelenskinin ən böyük yalanı, 2022-ci ildə Kiyev administrasiyasının dəstək almadan və tək buraxıldığı iddiasıdır",- deyə Zaxarova bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Zelenskinin Ağ Evdə "döyüldüyünü" deyib.
"Bu faydalıdır, amma kifayət deyil. Hərbi dəstəyin dayandırılması lazımdır. Trump həqiqəti dedi: Kiyev rejimi Üçüncü Dünya Müharibəsi ilə oynayır",- deyə o vurğulayıb.
Rusiya Federasiya Şurası sədr müavini Konstantin Kosaçev Zelenskinin Ağ Evdə yalan danışmağa davam etdiyini bildirib.
"Zelenski bu turu uduzdu. Növbəti turda diz çökəcək",- deyə bəyan edib.






