Son dəqiqə

Husilər

Husilər Qırmızı dənizdə yunan gəmisini hədəf alıb

Bakı, TurkicWorld

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə hədəfə aldıqları Yunan gəmisinin görüntülərini paylaşıblar.

TurkicWorld xəbər verir ki, Husi media mənbələrinin paylaşdığı görüntülərdə Yunan gəmisinin “İsrail limanlarına giriş qadağasını pozduğu” üçün hədəf alındığını və vurulduqdan sonra alovlandığını göstərən səhnələr yer alıb.

İngiltərənin Sənadakı səfiri Abda Şərif də Qırmızı dənizdə husilərin hücumuna məruz qalan MV Sounion adlı gəminin heyətinin xilas edildiyini, ciddi ziyan görən gəminin isə Qırmızı dənizdə qapalı qaldığını açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər