Son dəqiqə

Formula 1

"Formula 1"in açılışında Azərbaycan dövlət himninin heyrətamiz ifası

Bakı. TurkicWorld

"Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlayıb.

TurkicWorld xəbər verir ki, mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb.

“Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

Mövzuya görə xəbərlər