Son dəqiqə

BMT Husilər

Husilər BMT-nin 11 əməkdaşını saxlayıb

Bakı. TurkicWorld:

Husilər BMT-nin 11 əməkdaşını saxlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

BMT-nin Yəməndəki hadisələri narahatlıqla izlədiyini bildirən Dujarrik Husi səlahiyyətliləri ilə əlaqə saxladıqlarını qeyd edib.

Dujarrik bildirib ki, husilər BMT-nin müxtəlif təşkilatlarından 2-si qadın olmaqla 11 şəxsi saxlayıblar.

Hadisəni Husi səlahiyyətliləri ilə aydınlaşdırmağa çalışdıqlarını ifadə edən Dujarrik, personalın təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün vasitələrin araşdırıldığını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər