Son dəqiqə

BMT ABŞ HƏMAS

“HƏMAS” atəşkəsin dərhal icrasına hazır olduğunu bəyan edib

Bakı, TurkicWorld

"HƏMAS" ABŞ prezidenti Cozef Bayden və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə əsasən atəkəs razılaşmasının dərhal icra olunmasına hazırdır.

TurkicWorld-in xarici KİV-lərə istinadən məlumatına görə, bununla əlaqədar "HƏMAS" bəyanat yayıb.

Bildirilir ki, 11 sentyabrda Xəll əl-Həyyənin başçılığı ilə "HƏMAS"ın müzakirə heyəti Dohada Qətər baş naziri və Misirin kəşfiyyat rəhbəri ilə görüş keçirib. Görüşdə Qəzzəyə hücumların dayandırılmasına dair dolayısı müzakirələrdə Misir və Qətərin rolu dəstəklənib.

Bəyanatda qeyd olunur ki, "HƏMAS"ın müzakirə heyəti Dohada keçirilən müzakirələrdə atəşkəs razılaşmasına əldə olunması, didərginlərin öz evlərinə qayıtması, Qəzzanın bərpa olunması və girovların mübadiləsini qeyd edib.

"Biz heç bir yeni təklif irəli sürmürük, hər hansı tərəfin yeni əlavə şərt irəli sürməsinə qarşıyıq", - bəyanatda qeyd olunur.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim edib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin açıqladığı atəşkəs layihəsinin İsrailin hazırladığı təklifdən fərqli olduğunu iddia edərək, yeni şərtlərin əlavə edilməsini istəyib.

Mövzuya görə xəbərlər