Son dəqiqə

BMT COP29

Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum başlayıb

Bakı, TurkicWorld

Böyük Britaniya səfirliyinin, "Great Challenge Fund", BMT-nin Azərbaycan nümayəndəliyinin və "John Patterson Events" şirkətinin dəstəyi ilə Bakı şəhərində Britaniya Ticarət Palatası (BCCA) tərəfindən təşkil edilən Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum başlayıb,

Bu barədə TurkicWorld xəbər verir.

Tədbirin əsas mövzuları: 1) İş dünyasında ən son yeniliklər: havada karbonun tutulması, enerji transferi, tikintidə və mənzil sahəsində Net Zero, yaşıl hidrogen, rəqəmsal inkişaf. 2) Nəqliyyatda ESG və şəhər nəqliyyat sistemləri. 3) Ağıllı şəhərlərin indeksi.

Spikerlər arasında Vladanka Andreyeva (BMT-nin Azərbaycandakı Daimi Koordinatoru), Entoni Hobli (Howden Group şirkətinin İqlim Riskləri və Davamlılıq üzrə müavini), Britaniya Ticarət Palatasının Azərbaycandakı sədri Con Patterson, COP29 sədrlər komandasının nümayəndəsi Nigar Arpadarai və digərləri.

Forum, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfdaşlar Konfransının 29-cu sessiyası öncəsi iqlim dialoqları seriyasının bir hissəsi olaraq təşkil edilib.

Mövzuya görə xəbərlər