Son dəqiqə

BMT

Donor ölkələr Suriya xalqına kömək etməlidir - Amar Benjama

Bakı, TurkicWorld

Əlcəzair donor ölkələri Suriya xalqına humanitar yardım göstərməyə çağırır.

TurkicWorld xəbər verir ki, bunu Əlcəzairin BMT-dəki daimi nümayəndəsi Amar Benjama, Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

“Biz Suriya xalqını tərk edə bilmərik. Biz donor ölkələri ona humanitar yardım göstərməyə çağırırıq”, – diplomatın sözlərini Qətərin "Əl-Cəzirə" telekanalı yayıb.

O, əlavə edib ki, "biz humanitar yardım axınının təmin edilməsi üçün Suriya ərazisində atəşkəsə çağırırıq. Son günlər 1 milyondan çox suriyalı evlərini tərk etmək məcburiyyətində qalıb. Buna görə də biz mövcud vəziyyətin nəticələrinin aradan qaldırılması üçün humanitar səylərə dəstək verməyə çağırırıq."

"Suriyalıların evlərinə qayıtması könüllü və təhlükəsiz olmalıdır və heç kim geri qayıtmağa məcbur edilməməlidir", – Benjama vurğulayıb.

Hazırda Əlcəzair BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.

Mövzuya görə xəbərlər