Bakı. TurkicWorld:
BMT Baş katibi Antonio Quterreş İsrailin Suriyanın müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumlarından narahatlığını bildirib və hücumların dayandırılması üçün çağırış edib.
TurkicWorld xəbər verir ki, Quterreş İsrailin bu addımlarını narahatlıq doğuran hərəkətlər kimi qiymətləndirib və təcili olaraq hücumlara son qoyulmasını tələb edib.
Qeyd edək ki, İsrailin Suriya ərazisinə zərbələr endirməsinə dair məlumatlar daha əvvəl yayılıb. İsrailin "Qaley İDF" radiosunun məlumatına görə, Suriyada həyata keçirilən uğurlu hava hücumlarından sonra İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirmək üçün potensial imkanlarının genişləndiyi vurğulanıb.
Bu gərginlik regionda təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşməsi riskini artırır.