Bakı, TurkicWorld
Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin davam edən hava və quru hücumlarının Qəzza zolağında qida sistemlərini iflic etdiyini və bölgədə ərzaq təhlükəsizliyinin ciddi şəkildə pozulduğunu açıqlayıb
TurkicWorld xəbər verir ki, BMT sözçüsü Stefan Dujarrik, Qəzzadakı humanitar böhranla bağlı gündəlik mətbuat konfransında vəziyyətin kritik olduğunu vurğulayıb.
Dujarrik, çörəkxanaların yanacaq və un çatışmazlığı səbəbilə fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
İsrail hücumlarının yerli qida istehsal və təchizat sistemlərini tamamilə məhv etdiyini qeyd edən Dujarrik, ən böyük humanitar narahatlığın qidaya çıxış olduğunu vurğulayıb.
Humanitar yardım təşkilatı, İsrailin hava hücumları nəticəsində fəaliyyətini dayandırdığını elan edib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) da, təhlükəsizlik səbəbindən yardım göndərişlərinin dayandırıldığını açıqlayıb.
BMT-nin mövqeyinə görə, Qəzzada qida böhranı yalnız fiziki dağıntılarla deyil, həm də siyasi və humanitar maneələrlə bağlıdır. Ərzaq çatışmazlığı və yardımın dayandırılması nəticəsində bölgə əhalisi ciddi aclıq riski ilə üzləşir.
BMT və digər beynəlxalq təşkilatlar, bölgədəki humanitar böhranın aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edir.