Son dəqiqə

BMT Avrasiya İnkişaf Bankının (AİB)

AİB Avrasiya regionunda qeyri-suveren maliyyələşdirmənin təhlili üçün verilənlər bazası hazırlayıb

Bakı, TurkicWorld

Avrasiya İnkişaf Bankı (AİB) Avrasiya regionuna beynəlxalq maliyyə təşkilatlarından (BMT) yönəldilən qeyri-suveren investisiyaları əhatə edən verilənlər bazası hazırlayıb.

TurkicWorld xəbər verir ki, AİB-in yeni analitik layihəsi "Non-Sovereign Financing Database" (NSF Database) adlanır.

Verilənlər bazası hər rüb yenilənəcək və regionda qeyri-suveren maliyyələşdirmənin operativ monitorinqi və təhlili üçün istifadə oluna bilər.

AİB-in verilənlər bazasında Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB), Avrasiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İnvestisiya Bankı (AİB), Yeni İnkişaf Bankı (YİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı (BİƏB), Beynəlxalq İnvestisiya Bankı (BİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi beynəlxalq maliyyə təşkilatların (BMT) açıq məlumatları toplanıb.

NSF bazasının təqdimatı zamanı qeyd olunub ki, verilənlər bazası Avrasiya regionu ölkələrinin hökumətlərinə və ekspert cəmiyyətlərinə beynəlxalq maliyyə təşkilatlarından daxil olan qeyri-suveren investisiyalar haqqında tam təsəvvür verir.

"Bazada və idarəetmə panelində işləmək çox asandır. Verilənlər bazası əsasında alətlər, sektorlara, valyutalara və digər layihə parametrlərinə görə analitik seçimlər etmək mümkündür. Ayrı olaraq, BMT-nin yaşıl layihələrinin təhlili aparıla bilər. Layihələrin effektivliyi qiymətləndirilə bilər. Bundan əlavə, NSF bazasında 2008-ci ildən bəri layihələr toplanıb ki, bu da inkişaf layihələrinin maliyyələşdirilməsində uzunmüddətli meylləri müəyyən etməyə imkan verir. Bu isə inkişafın maliyyələşdirilməsi üzrə dövlət siyasətinin formalaşdırılması üçün dəyərlidir", – deyə AİB-in baş iqtisadçısı Yevgeni Vinokurov bildirib.

Hazırda verilənlər bazası Avrasiya regionunun Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrində BMT əməliyyatlarını əhatə edir. Bazada 2008-2023-cü illər ərzində bu ölkələrdə BMT-nin 1712 əməliyyatı barədə məlumatlar mövcuddur.

Mövzuya görə xəbərlər