Son dəqiqə

Formula 1

Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin açılış mərasimi baş tutub

Bakı. TurkicWorld

Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin açılış mərasimi baş tutub.

TurkicWorld xəbər verir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün açılış mərasimi dövlət himni ilə başlayıb.

Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

Mövzuya görə xəbərlər