Son dəqiqə

İran HƏMAS İsmayıl Haniyə Husilər

Husilər İranın İsrailə mümkün hücumuna qoşula bilər

Bakı, TurkicWorld

Yəmənin "Ənsar Allah" qruplaşmasının (husilər) nümayəndəsi İsrailə zərbə endirməkdə iştirak etməyi planlaşdırdıqlarını bildirib.

TurkicWorld -un məlumatına görə, bu, HƏMAS lideri İsmayıl Həniyənin Tehranda və Hizbullah komandiri Fuad Şükrün Beyrutda öldürülməsi ilə bağlıdır.

"Newsweek" nəşri bildirib ki, "Ənsar Allah" qruplaşmasının mətbuat katibinin müavini Nəsrəddin Amer qruplaşmanın qarşıdan gələn hücumda iştirakının təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin ciddi planlara işarə edib.

Amer deyib: "Bu müddət ərzində biz az danışıb daha çox hərəkət etməyə üstünlük veririk". O, həmçinin əlavə edib: "Mən istəyirəm ki, dünya bunu başa düşsün".

Mövzuya görə xəbərlər