Son dəqiqə

ABŞ Husilər Qırmızı dəniz

Husilər ABŞ-ın naviqasiya təhlükəsizliyi ilə bağlı təkliflərini rədd edir

Bakı, TurkicWorld:

Husilər ABŞ-ın Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı təkliflərini rədd edir.

TurkicWorld xəbər verir ki, son yeddi gün ərzində iki həftəlik fasilədən sonra husilər strateji sularda ABŞ gəmilərinə və hərbi obyektlərinə ən azı dörd hücum həyata keçiriblər.

Hücumları bərpa etməzdən əvvəl qrup ABŞ-ın paytaxt Sənanın və Hudeyda limanının blokadasının götürülməsi, habelə sülh danışıqlarının sürətləndirilməsini əhatə edən “güzəştləri” qiymətləndirib.

Yəmənin siyasi mənbələri bildiriblər ki, “husilər çoxlu təkliflər alıblar, lakin onların hamısının hücumları dayandırmaq üçün yetərli deyil.

Üstəlik, onların bir çoxu humanitar şantaj kimi qiymətləndirilir, çünki hava limanı və ya limanın açılması məsələsi Yəmənin haqqıdır və Sənaya qarşı təsir vasitəsi kimi istifadə edilməməlidir.

Husilər üçün kompromis variantı Qırmızı dənizdə gəmilərin ödənişli şəkildə təhlükəsiz keçidini təmin edən və qrupun uzun müddətdir tətbiqi haqqında düşündüyü keçid rejimi ola bilər.

Lakin Qərb koalisiyası belə bir sxemlə kifayətlənməyəcək, yəni bu, ABŞ və Avropa İttifaqı qüvvələri ilə husilər arasında yeni toqquşmaya səbəb ola bilər.

Mövzuya görə xəbərlər