Son dəqiqə

Bəhreyn Yaxın Şərq təhlükəsizlik Sahil Mühafizəsi Körfəz dəniz nəqliyyatı Gəmi hərəkəti ərazi suları

Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Bəhreyn Sahil Mühafizəsi ölkənin ərazi sularında gəmi hərəkətinə yeni məhdudiyyətlər tətbiq edib.

TurkicWorld xəbər verir ki, bu barədə rəsmi açıqlama yayılıb.

Məlumata görə, qərara əsasən, Bəhreynin ərazi sularında bütün gəmilərin hərəkəti hər gün saat 18:30-dan 04:00-dək dayandırılacaq.

Bildirilib ki, məhdudiyyət bu vaxt aralığında ölkənin ərazi sularında bütün növ gəmilərə şamil olunur.

Rəsmi açıqlamada qərarın tətbiq edilmə səbəbi barədə ətraflı məlumat verilməyib.

Son günlər Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Körfəz ölkələri təhlükəsizlik tədbirlərini gücləndirirlər.

Mütəxəssislər hesab edirlər ki, dəniz nəqliyyatı ilə bağlı bu cür məhdudiyyətlər bölgədə təhlükəsizlik risklərinin artması ilə əlaqəli ola bilər.

Bəhreyn rəsmiləri məhdudiyyətlərin qüvvədə qalacağı müddətlə bağlı əlavə açıqlama verməyiblər.

Mövzuya görə xəbərlər