Son dəqiqə

İsrail ABŞ Roma Livan partlayış cənubi Livan diplomatik danışıqlar

Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın cənubunda yerləşən Zəvtər əl-Qərbiyə qəsəbəsi yaxınlığında İsrail qüvvələrinin həyata keçirdiyi bildirilən əməliyyat zamanı güclü partlayış baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Livanın rəsmi Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələri Zəvtər əl-Qərbiyə ərazisi yaxınlığında genişmiqyaslı partlayış əməliyyatı həyata keçirib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Bu hadisə Livan və İsrail rəsmilərinin Romada keçirdikləri iki günlük danışıqlardan dərhal sonra baş verib.

Məlumata görə, görüşlərdə Cənubi Livanda İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsinə başlanılması məqsədilə "sınaq zonaları"nın yaradılması məsələsi müzakirə olunub.

ABŞ rəsmisi danışıqları "səmərəli və müsbət" kimi qiymətləndirib.

Tərəflər isə görüşlərin nəticələri ilə bağlı ətraflı məlumat açıqlamayıblar.

Mövzuya görə xəbərlər