Son dəqiqə

Pakistan İmran xan

Pakistan hökuməti İmran Xanın partiyasını qadağan etmək istəyir

Bakı, TurkicWorld

Pakistan hökuməti həbsdə olan keçmiş baş nazir İmran Xanın siyasi partiyasının fəaliyyətini qadağan etmək üçün məhkəməyə müraciət edəcək.

TurkicWorld xəbər verir ki, bu haqda Pakistanın informasiya naziri Attaullah Tarar İslamabadda jurnalistlərə deyib.

"Federal hökumət İmxan Xanın partiyası olan “Pakistan Təhrik-i-İnsaf” siyasi partiyasını qadağan etmək məqsədi ilə iddia qaldırmağa qərar verib"-deyə o bildirib.

Nazir qeyd edib ki, iş Ali Məhkəməyə təqdim olunacaq.

Qeyd edək ki, Pakistan məhkəməsi şənbə günü Xan və onun üçüncü arvadına qanunsuz nikah ittihamı ilə bəraət vermişdi, lakin hakimiyyət onun həbsinə dair yeni qərarlar verib.

Mövzuya görə xəbərlər