Bakı, TurkicWorld
Pakistanın bəzi əyalətlərində leysan yağışları və daşqınlar nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəsi (NDMA) açıqlamada verib.
Bildirilib ki, musson yağışları Bəlucistan, Pəncab, Sind, Azad Kəşmir və Hayber Paxtunxva əyalətlərində təsirli olub.
Açıqlamada, həddindən artıq yağış və daşqınlar nəticəsində son 24 saatda ən azı 20 nəfərin öldüyü, 47 nəfərin yaralandığı qeyd edilib.
Pəncabda 5 uşaq, 5-i Sind, 2-si Azad Kəşmir və Hayber Paxtunxvada eyni ailədən 9 uşaq olmaqla 12 nəfərin həyatını itirdiyi paylaşılıb.
Xatırladaq ki, iyulun 1-dən bu yana yağan həddindən artıq yağış və daşqınlar nəticəsində 145-i uşaq olmaqla azı 285 nəfər ölüb, 195-i uşaq olmaqla 529 nəfər xəsarət alıb.
Hafiz Rufizoğlu