Bakı, TurkicWorld
Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını qətiyyətlə pisləyib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayımlayıb.
Açıqlamada hücumun şiddətlə pisləndiyi, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verildiyi bildirilib.
“Türkiyə terrorla mübarizədə dost və qardaş Pakistan hökuməti və xalqı ilə tam həmrəydir.” – deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, Pakistan mətbuatının məlumatına görə, gecə saatlarında Bəlucistan əyalətində yolu bağlayan silahlı şəxslər sərnişinləri avtobus və yük maşınlarından boşaldıb, şəxsiyyət vəsiqələrini yoxlayıb, sonra isə onlara atəş açıb.
Hücumda ən azı 23 sərnişin həyatını itirib, 10 avtomobil yandırılıb.
Terrorçuların şəxsiyyət yoxlanışı zamanı Pəncabdan olduqları müəyyən edilən sərnişinləri öldürdüyü bildirilib.
Hafiz Rufizoğlu