Bakı, TurkicWorld
Pakistanın qərb və cənub bölgələrində təsirli olan musson yağışları nəticəsində 5-i uşaq olmaqla daha 9 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə Pakistan mətbuatı paylaşım edib.
Məlumata görə, ölkə daxilində həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı artır.
Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NDMA) avqustun 31-də verdiyi bəyanatda bildirilib ki, son 24 saat ərzində ölkə daxilində yağan güclü yağışlar nəticəsində ən azı 20 nəfər ölüb.
Qeyd olunub ki, iyulun 1-dən avqustun 31-dək leysan yağışları və daşqınlar nəticəsində 145-i uşaq olmaqla 285 nəfər ölüb, 529 nəfər xəsarət alıb.
Pakistanın bir çox şəhərində hər il iyul-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Hafiz Rufizoğlu