Son dəqiqə

Kanada meşə yanğınları

Kanadada meşə yanğınları səbəbi ilə insanlar təxliyə edilib

Bakı, TurkicWorld

Kanadada meşə yanğınları səbəbi ilə 9 min insan təxliyə edilib.

TurkicWorld xəbər verir ki, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətlərindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün səlahiyyətlilər bir sıra tədbirlər görüb.

Əyalət başçısı Endryu Furey Vabuş, Labrador Siti və Vabuşdakı insanları ayıq olmağa və təxliyə etməyə çağırıb.

Nyufaundlend və Labrador əyalətində 11 yanğın davam edərkən, iyunun 19-da bölgədə təxminən 750 nəfər təxliyə edilib.

Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi ilə əlaqədar ölkənin bir çox bölgələrində quru və isti hava şəraiti son illər böyük yanğınların baş vermə riskini artırıb.

Kanadada 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.

Məlumat üçün qeyd edək ki, ötən il ölkə tarixində ən pis yanğın mövsümünü yaşayıb və milyonlarla hektar meşə sahəsi yanaraq külə dönüb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər