Son dəqiqə

Böyük Britaniya İngiltərə

Nazirin yaxın mühafizə polisi seçki tarixinə mərc oynadığı üçün həbs edilib

Bakı.TurkicWorld :

Böyük Britaniyanın baş naziri Rişi Sunakın yaxın mühafizə qrupunda yer alan polis məmuru seçki tarixi üzərindən mərc oyunu oynadığı iddiası ilə vəzifəsindən uzaqlaşdırılıb və saxlanılıb.

TurkicWorld xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərə görə, Rəqəmsal, Mədəniyyət, Media və İdman Nazirliyinin Şans Oyunları Komissiyası İyunun 14-də London Böyükşəhər Polisinin Kral və Mütəxəssis Mühafizə Bölməsindəki bir polis məmurunun hesablarında şans oyunları hərəkətini araşdırmağa başlayıb.

Baş nazir Sunakın yaxın mühafizə dəstəsində olan polis məmurunun ümumi seçki tarixi elan edilməmişdən əvvəl bu tarix üzərinə mərc oynadığı iddiası üzərinə, London Polisi sözügedən personalın vəzifəsindən uzaqlaşdırıldığını bildirib.

Polisinin verdiyi açıqlamada, Şans Oyunları Komissiyası ilə paralel olaraq həyata keçirilən araşdırmada polis nəfərinin iyunun 17-də saxlanıldığı bildirilib.

Qeyd edək ki, İngiltərədə iyunun 12-də baş nazir Sunakın xüsusi müşaviri və Mühafizəkarlar Partiyasından deputatlığa namizəd Kreyq Uilyamsın (Craig Williams) də seçki günü üzərinə mərc oynadığı üzə çıxmışdı.

Mərc oyunları fəaliyyəti Oyun Komissiyası tərəfindən araşdırılan Williams, seçki tarixinin açıqlanmasına həftələr qalmış 100 funt sterlinq (təxminən 215 manat) dəyərində mərc oynadığını etiraf etmişdi.

Onu da əlavə edək ki, Sunak mayın 22-də verdiyi açıqlamada İngiltərədə ümumi seçkilərin iyulun 4-də keçiriləcəyini bildirmişdi.

Mövzuya görə xəbərlər