Bakı, TurkicWorld
İngiltərədə 11 yaşlı uşaq da daxil olmaqla daha 14 nəfər Midlsbro şəhərində ifrat sağçı zorakılıq hərəkətlərində iştirak etdikləri üçün saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Klivlend polisi X sosial media hesabından açıqlama verib.
Açıqlamada polis qruplarının hadisələrdə iştirak etdiyi iddia edilən şəxsləri hədəfə almaq üçün yola düşdüyü və saxlanılanların yaşlarının 11-43 arasında olduğu açıqlanıb.
Klivlend polisi bu ayın əvvəlində Hartlepul və Midlsbroda baş verən zorakılıqlarla əlaqədar 110 nəfərin saxlanıldığını bildirib.
11 yaşlı uşağın Southportdakı bıçaqlanmadan sonra ölkəyə yayılan ifrat sağçı zorakılıqda saxlanılan "ən gənc adam" olduğu düşünülür.
Hafiz Rufizoğlu