Son dəqiqə

İngiltərə

İngiltərədə 4000 il əvvələ aid cannibalizm izləri tapılıb

Bakı,TurkicWorld

İngiltərədə təxminən 4 min il əvvəl baş vermiş hücumda Cannibalizm (adamyeyənlik) izləri tapılıb.

TurkicWorld xəbər verir ki, İngiltərədə Tunc dövrünə aid sümüklər üzərində aparılan araşdırmalar, təxminən 4 min il əvvəl baş vermiş hücumda Cannibalizm izləri olduğunu sübut edib.

Somerset bölgəsində tapılan və 37 nəfərə aid olduğu düşünülən qalıqlarda, daş alətlərlə parçalanma və ritual məqsədli adamyeyənlik izləri müşahidə olunub.

Mütəxəssislər bu hadisəni İngiltərədə erkən Tunc dövründə sənədləşdirilmiş ən böyük zorakılıq aktı kimi xarakterizə ediblər. Tapıntılara görə, qurbanlar 15 metr dərinliyindəki quyuya atılıb və onların sümüklərində ət kəsmə izləri müəyyən edilib.

Arxeoloqlar qeyd edir ki, bu izlər insan ətinin dini və ya ritual məqsədlərlə yeyildiyinə işarə edir, çünki həmin dövrdə bölgədə kifayət qədər qida ehtiyatının olduğu sübut olunub.

Oksford Universitetinin Arxeologiya Departamentindən Prof. Dr. Rik Şultinq hadisəni “intiqam və ya icmaya mesaj çatdırmaq məqsədilə həyata keçirilmiş bir qırğın” kimi xarakterizə edib.

Bu hadisə, Tunc dövründən bilinən ilk sənədləşdirilmiş adamyeyənlik nümunəsidir. Qurbanların sümük qalıqları ilk dəfə 1970-ci illərdə Mendip Hillsdəki Charterhouse Warren mağarasında tapılıb.

Mövzuya görə xəbərlər