Son dəqiqə

İngiltərə

Tuchel-in yeni adresi bəlli olub

Bakı,TurkicWorld

Tomas Tuchel 2025-ci ildən etibarən İngiltərə millisinə baş məşqçilik edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyası məlumat verib.

"İngiltərə komandasına rəhbərlik etmək şərəfinə nail olduğum üçün çox qürur duyuram. İngiltərəni təmsil etmək şansı və bu xüsusi və istedadlı oyunçu qrupu ilə işləmək imkanı çox həyəcan vericidir",-deyə o bildirib.

Qeyd edək ki, 51 yaşlı alman məşqçi karyerasında Mainz, Dortmund, PSJ, Çelsi, Bavariya kimi komandalarda çalışıb.

Mövzuya görə xəbərlər