Bakı, TurkicWorld
Oktyabrda təqdim ediləcək büdcə çətinlik yaradacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Keir Starmer açıqlama verib.
O, hökumətin ictimaiyyətdən böyük tələblər irəli sürməli olacağını və oktyabrın 30-da təqdim olunacaq büdcə layihəsində “çətin qərarlar”ın yer alacağını bildirib.
Starmer, əvvəlki 14 illik mühafizəkar hökumətdən "yalnız iqtisadi problemləri deyil, sosial problemləri" miras aldığını vurğulayıb.
Baş nazir Starmer, maliyyə naziri Rachel Reevesin oktyabrın 30-da açıqlayacağı büdcədə nələrin baş verəcəyi ilə bağlı təfərrüatları açıqlamasa da, onun çıxışı vergi artımının və xərclərin azaldılmasının bariz əlaməti hesab edildiyi iddia edilib.
Hafiz Rufizoğlu