Bakı, TurkicWorld
İngiltərə polisi PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 6 nəfərin saxlanıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Britaniya polisi PKK terror təşkilatı ilə əlaqəsi olduğu ehtimal edilən fəaliyyətlərlə bağlı aparılan istintaq çərçivəsində 6 nəfərin saxlanıldığını açıqlayıb.
London Böyükşəhər Polisi, sözügedən şəxslərin terror təşkilatına üzv olmaqda ittiham edildiyini və bu gün Vestminster Sülh Məhkəməsində çıxış edəcəklərini açıqlayıb.
Qeyd edək ki, noyabrın 27-də İngiltərə polisi terror təşkilatı PKK-ya qarşı apardığı araşdırma çərçivəsində 2-si qadın olmaqla 7 nəfəri saxlayıb.