Bakı, TurkicWorld
Meymun çiçəyi (Mpox) virusu variantlarından biri olan "clade 1b" ilk dəfə olaraq İngiltərədə aşkar edilib.
TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) meymun çiçəyi (Mpox) virusu variantlarından biri olan "clade 1b"nin ölkədə ilk dəfə aşkar edildiyini açıqlayıb.
UKHSA-nın verdiyi açıqlamaya görə, Mpox virusunun clade 1b variantı Afrikaya səyahət etmiş olan bir şəxsdə aşkar edilib.
Həmin şəxsin Londondakı Royal Free Hospital-da yüksək riskli yoluxucu xəstəliklər şöbəsində müalicə olunduğu və 2022-ci bəri ildən ölkədə Klad 2 variyantının aşağı yoluxuculuq səviyyəsində mövcud olduğu bildirilib.
UKHSA-nın Baş Sağlamlıq Məsləhətçisi Susan Hopkins, virusun yayılma riskinin aşağı olduğunu vurğulayaraq, virusa yoluxan şəxsin yaxın təmaslarının da yaxından izlənildiyini açıqlayıb.